Fitnes və SPA Mərkəzi

“Astoria Bakı” Fitnes və SPA Mərkəzi şəhərin səs-küyündən uzaqlaşmaq üçün Sizə sakit və rahat məkan təklif edir. Mərkəzimiz Sizin sağlamlığınızın və gözəlliyinizin qeydinə qalır. Mərkəzimizdə kişilərlə yanaşı xanımlarımız da nəzərə alınmışdır. Babək prospekti, 65b ünvanında yerləşən “Astoria Bakı” Fitnes və SPA Mərkəzi ümumi və qadın bölməsidən ibarətdir.
Mərkəzimizdə trenajor zalı, uşaq və böyüklər üçün hovuz, aerobika, aqua-aerobika, aqua-gimnastika (hamilələr üçün), hər növ massaj, pilates, rəqslər, aikido, qaydasız döyüş, boks, spa prosedurları, gözəllik salonu və hər növ kosmetoloji xidmətlərdən istifadə edə, Türk, Roma və Fin hamamlarından yararlana bilərsiniz. Bundan əlavə, kompleksimizdə VİP otaqlar da fəaliyyət gostərir.
Müasir idman avadanlıqları ilə təchiz olunmuş fitnes zallarımız ətraflı düşünülmüş interyeri ilə seçilir, gigiyena qaydalarına ciddi şəkildə riayət edilir. Mərkəzimizdə, sağlam həyat tərzinə üstünlük verənlərə, fiziki məşqlərlə məşğul olmaqla yanaşı, istirahət edib müxtəlif dünyanın aparıcı şirkətləri tərəfindən istehsal olunan idman qidaları, fito-çaylar və təzə sıxılmış şirələr təqdim olunur.
Üzgüçülüklə məşğul olmaq istəyənlər üçün də hər bir şərait yaradılmışdır. Ən tələbkar zövqləri qane edəcək geniş və rahat hovuzlarımız daima sərəncamınızdadır. Hovuzların suyu müntəzəm olaraq təmizlənir və dezinfeksiya edilir. Uzunluğu 25, eni 13, dərinliyi isə 1,5-1,8 metr olan ho­vu­z suyunun istilik dərəcəsi 29,5-dir, havalandırma fəsilə uyğun olaraq 29°C-dən 31°C-dək dəyişir. Uşaqlar üçün nəzərdə tutulan kiçik hovuzumuz isə onların ümumfiziki inkişafına yaxşı təsir edəcək.

8-ci mikrorayon, Ə.Naxçıvani küçəsi, 53a ünvanında yerləşən “Astoria Bakı” Fitnes və SPA Mərkəzində də xanımlar və bəylər, tam ayrı ayrılıqda həm istirahət edə, həmdə idmanla məşğul ola bilərlər. Mərkəzimizdə trenajor zalı, aerobika, hər növ massaj, pilates, rəqslər (milli, ləzqinka, latino-amerikano, oriental, strip-plastika), spa prosedurları, gözəllik salonu və hər növ kosmetoloji xidmətlər mövcuddur.
“Astoria Baku” Fitnes və SPA Mərkəzinin komandası isə yüksək səviyyədə ünsiyyətcil, xoş, gülərüz işçi heyəti, müxtəlif idman məktəblərini bitirmiş, həmçinin beynəlxalq yarışlarda yüksək nailiyyətləri ilə seçilən peşəkar mütəxəssislərdən ibarətdir. Mərkəzimiz sağlamlığın qeydinə qalanlar üçün mükəmməl bir yerdir.

Mərkəzimiz haqda daha geniş məlumat www.astoria-fitnes.com saytında ala bilərsiniz.

 


QALEREYA