"Sərin" Şirkəti MMC

"Sərin" Şirkəti 1989-cu il yanvarın 13-də yaradılmışdır. Şirkətin əsas fəaliyyəti ictimai iaşə və turizm xidmətindən ibarətdir. Hal-hazırda “Sərin” Şirkətinin “Sərin” şadlıq sarayı, “Astoria Bakı” Oteli, “Astoria Bakı” Fitnes və SPA Mərkəzi, “Muğam ocağı” restoranını özündə birləşdirir. Şirkətimiz öz strategiyasını müştərilərin məmnuniyyəti üzərində qurmuş və müştərilərin məmnun qalması üçün onların arzu və istəklərini nəzərə alaraq gözəl xidmət göstərməkdədir.

4

ŞİRKƏT

8

SEKTOR

2

ƏRAZİ(ha)

76

ƏMƏKDAŞIMIZ

STRUKTUR

Qədim Şərq və Avropa memarlıq üslubunu özündə birləşdirən “Astoria Bakı” oteli 2000-ci ildən başlayaraq Bakı sakinlərinin və şəhərimizin qonaqlarının xidmətindədir. Öz qeyri-adi memarlıq üslubu ilə fərqlənən “Astoria Bakı” oteli sizləri hər zaman qarşılamağa hazırdır. Yüksək keyfiyyətli xidmət və əla mətbəx, qonaqpərvərlik və istirahətin müxtəlifliyi bu oteldə vəhid bir yerə cəmlənib. Otelimizdə standart və deluxe tipli otaqlardan əlavə müasir interyeri və rahatlığı ilə seçilən 17 kottec də vardır.

Müasir idman avadanlıqları ilə təchiz olunmuş fitnes zallarımız ətraflı düşünülmüş interyeri ilə seçilir, gigiyena qaydalarına ciddi şəkildə riayət edilir. Mərkəzimizdə, sağlam həyat tərzinə üstünlük verənlərə, fiziki məşqlərlə məşğul olmaqla yanaşı, istirahət edib müxtəlif dünyanın aparıcı şirkətləri tərəfindən istehsal olunan idman qidaları, fito-çaylar və təzə sıxılmış şirələr təqdim olunur. Üzgüçülüklə məşğul olmaq istəyənlər üçün də hər bir şərait yaradılmışdır. Hovuzların suyu müntəzəm olaraq təmizlənir və dezinfeksiya edilir.

500 nəfərlik təmtəraqlı, zəngin və yaraşıqlı dizaynı ilə “Sərin” şadlıq evi həmişə toy, banket, konsert şənliklərinin keçirildiyi populyar bir məkan kimi tanınıb. Konsertlərin, təqdimat mərasimlərinin daha rəngarəng, maraqlı və yaddaqalan olması üçün “Sərin” şadlıq evi ən son texnologiyalardan istifadə edir. İstər ailə şənliklərində, istərsə də konsert proqramlarında “Sərin” müasir avadanlıqlarla təchiz edilmiş mətbəxi və peşəkar aşpazları sayəsində dadlı, ləziz və zəngin süfrəsi ilə seçilir.

“Muğam ocağı” restoranının 180-200 nəfərlik (2 ədəd) qədim Azərbaycan memarlıq üslubunda tərtib edilən “Muğam” və Avropa üslubunda hazırlanmış “Astoria” zalları müxtəlif şənlikləriniz üçün ideal məkandır. Bundan əlavə 30-40 nəfər tutumlu banket zalları, dost, ailə və yaxınlarla birlikdə istirahət etmək üçün 10 kabinet nəzərdə tutulub. Sakit və gözəl mühitdə vaxt keçirmək, milli mətbəximizin ləziz təamlarından dadmaq istəyənlər üçün hər bir şəraitlə zəngin olan “Muğam Ocağı” Restoranı yolunuzu gözləyir.


ŞİRKƏTLƏRİMİZ

Daha ətraflı məlumat üçün aşağıdakı linklərdən istifadə edin

Astoria Bakı oteli

Fitnes və SPA

Sərin Şadlıq sarayı

Muğam ocağı